Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Daşkəsəndə qadın azyaşlı övladlarına ağır işgəncə verib - VİDEO - TƏFƏRRÜAT - YENİLƏNİB-2

26.10.2019 22:09 2 935
Daşkəsəndə qadın azyaşlı övladlarına ağır işgəncə verib - VİDEO - TƏFƏRRÜAT - YENİLƏNİB-2
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, 3 mərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb.

Həmin ünvanda qeydiyyatda olan Elmira Pavlova azyaşlı övladları - 9 yaşlı Pavlov Hüseyn və 7 yaşlı Pavlov Əmirxana qaz sobasında qızdırdığı bıçaqla “dağ basıb”, sonra isə döyüb.

“Daşkəsəndə insanlığa sığmayan hərəkət bu evdə qeydə alınıb. Ana 2 azyaşlı övladına işgəncələr verib. O, qaz sobasında bıçağı qızdıraraq övladlarını dağlayıb”.

Elmira Pavlovanın atası Saday Əlirzayev hadisənin doğruluğunu təsdiqləyib. Baba bu barədə ona nəvələrinin danışdığını deyib. Saday Əlirzayevin sözlərinə görə, qızı hadisəni törədəndən sonra qaçıb. Nəvələrini bu vəziyyətdə görən baba isə polisə müraciət edib. Hiddətlənən baba qızının cəzalandırılmasını istəyir.

Qonşular da Elmira Pavlova haqqında yaxşı heç nə demədi. Onun yüngül həyat tərzi keçirən, içkiyə meylli qadın olduğunu bildirdilər. Elmira son əməlini də evdə rəfiqəsi ilə yeyib-içdikdən sonra törədib. Üstəlik onun övladlarını tez-tez döydüyü, işgəncələr verdiyi deyilir.

“Elmira Pavlova övladlarını dəmir parçası və ağacla döyüb. Uşaqların babasının sözlərinə görə, Elmira bu ağacla övladı Əmirxanın başına vurub və ağac Əmirxanın başında sınıb”.

Azyaşlılar yaşadıqları vəhşəti APA TV-nin kamerasına danışıb. 9 yaşlı Hüseyn bildirib ki, anası onu rəfiqəsi ilə birlikdə döyüb və hədələyib ki, heç kəsə deməsin. Əmirxan isə deyir ki, rəfiqəsi onun qollarını tutub, anası da qızdırılmış bıçağı əlinə basıb. Qadınlar uşaqları səhərə qədər eyvanda saxlayıb.

Çəkilişə geniş şərait yaradan Daşkəsən polis şöbəsindən bildirildi ki, uşaqların və babanın ifadəsi alınıb. Qadınlar axtarılır.

Son xəbərlər