Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı oğluna işgəncə verən qadının qardaşı danışdı: “Bacımgilin ailələrində problem olduğu üçün...”

12.02.2020 11:17 2 506
Azyaşlı oğluna işgəncə verən qadının qardaşı danışdı: “Bacımgilin ailələrində problem olduğu üçün...”
Tərtər rayonunun Azadqaraqoyunlu kəndində ananın azyaşlı oğlunu şişlə yandırdığı iddia olunur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən uşağın dayısı Pərviz Ələsgərov deyilənləri inkar edib:

“Bacımın Rafiqlə nikahdan iki övladı var. Bir övladına qayınatasının adı qoyulduğu üçün ərinin təkidi ilə ailə həyatı qurmayan baldızına övladlığa verib. Bacımgilin ailələrində problem olduğu üçün boşanmaq üçün məhkəməyə müraciət edib.

Bunu bilən həyat yoldaşı gələcəkdə övladlarına görə aliment ödəməmək üçün yalandan polisə müraciət edərək, bacımın övladını şişlə yandırdığını bildirib. Əslində, uşaq bir neçə müddət öncə evdə oynayanda sobanın üzərinə düşmüşdü. Həmin yanıq izi də onda olmuşdu.

Əgər bacım övladını yandırmışdısa, polisə niyə həmin zaman müraciət etmirdi? İndi boşanma məsələsi olanda bunu deyir? Bərdə Rayon Polis Şöbəsində də gördülər ki, bu iddianın əsası yoxdur. Sonradan bacımın əri Tərtər Rayon Polis Şöbəsinə müraciət edib. Bütün kənd bilir ki, o uşaqları biz böyütmüşük. Biz əziyyət çəkmişiksə, bacım övladını necə yandıra bilər?”

Qeyd edək ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. O, şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
скачать dle 11.3
Mojo.az Banner