Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadın kremasiya edilərkən “dirildi”

26.10.2019 13:24 2 875
Qadın kremasiya edilərkən “dirildi”
Tailandda qadın kremasiyasından bir neçə dəqiqə qabaq dirilib.

Bu barədə “The Sun” yazır.

Həkimlər qalxanabənzər vəzinin şişindən əziyyət çəkən Finij Sopajornun (Phinij Sopajorn) oktyabrın 20-də öldüyünü bildirmişdilər. Bundan sonra isə onun ailəsi dəfn mərasiminə hazırlaşmağa başlayıb. Üç gün ərzində 70 yaşlı qadın yerli buddist məbədində aşağı temperaturda tabutda saxlanılıb.

Kremasiyadan əvvəl, həyat yoldaşının ənənəyə əsasən cəsədini yuyarkən bəzi məqamlar əri Tavin Sopajornun diqqətini çəkib. Belə ki, əri Finijin cəsədinin bərkimədiyinə fikir verib, eləcə də Tavin həyat yoldaşının ağır nəfəs aldığını və göz qapaqlarının titrədiyini hiss edib.

Qadın dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər