Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Fitnesin hansı növləri insanı cavanlaşdırır?

25.10.2019 20:27 3 272
Fitnesin hansı növləri insanı cavanlaşdırır?
Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitnesslə məşğul olaraq da etmək mümükündür.

Fitnes - qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb , onun bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə sizin məqəsədinizdən asılıdır.

Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq

Güc sərf olunan məşğələlərdən əzələlərdə yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu somatotropin sayılır.

Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin - hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.

Əgər bu hormonun azlığını hiss etmiriksə, endorfin hormonunun azlığını əhvalın pisliyi ilə çox aydın hiss etmək olar. Bu emosiyalar isə hər bir insanı bir neçə yaş qoca göstərə bilirlər. Əlbəttə ki endorfinin səviyyəsini şokolad yeməklə qaldırmaq olar.Lakin məşğələlədən bu hormonu almaq daha xeyirlidir. Belə ki, şirnidən aldığımız həzz yalnız 40-50 dəqiqə olduqda, məşqdə əldə olunan nəticə ondan isə daha çox olacaq.

Həmçinin serotonin adlı xoşbəxtlik hormonu haqda da unutmayın. Belə ki, məşğələ zamanı onun istehsalı tezləşir, o isə depressiya və stressin qarşısını alır.

Məqsəd: ürək və damarları gücləndirmək

Gəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infarktın təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış - arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.

Məqsəd: qadın sağlamlığını möhkəmlətmək və həyəcandan xilas olmaq


Yoqa. Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşğələlər onların oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyi və dərini rəngini gözəl olmasın təmin edir.

Məqsəd: dərinin vəziyyətinin yaxşılaşdırılması

Üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdırıraraq,dərinin elastikliliyini artırır.Tezləşən limfaaxını metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.

Məqsəd: qırışlardan azad olmaq

Feysbilding - Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri həfətədə 3 dəfə requlyar etmək lazımdır.

Mütəxəssislər həmçinn daha çox su içməyi tövsiyə edirlər, belə ki, su dərini daha elastik edir və xırda qırışların yaranmasının qarşısını alır.(milli.az)

Son xəbərlər