Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurğu gecə saatlarında niyə daşınmır? - Rəsmi

25.10.2019 11:30 1 681
Qurğu gecə saatlarında niyə daşınmır? - Rəsmi
Xəbər verdiyimiz kimi, “SOCAR”ın Heydər Əliyev adına Neft emalı zavodunun müasirləşdirilməsi tədbirləri çərçivəsində Bakıya LPG qazlarının saxlanması üçün unikal böyüklükdə qurğu gətirilib. Uzunluğu 35 metr, həcmi isə 345 ton olan qurğu dünəndən etibarən Xətayi rayonu, Heydər Əliyev parkının qarşısından Neft emalı zavoduna daşınır.

Böyüklüyünə görə diqqət çəkən boru Babək prospektində sıxlığa səbəb olub. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata əsasən, sözügedən ərazidə müntəzəm marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurğu plana əsasən həm gecə, həm də gündüz saatlarında daşınır:

“Başqa cür mümkün deyil. Əslində boru səhər zavoda çatmalı idi. Trafikdə yaranmış bizdən asılı olmayan səbəblərə görə zavoda çatmayıb. Bir az gecikib, yaxın zamanda çatması gözlənilir”.

İ. Əhmədov bildirib ki, qurğu modernizasiya çərçivəsində gətirilib və bunun kimi hələ 10 qurğu da gətiriləcək:

“Yanacağın keyfiyyətini, həcmini artırmaq üçün zavod yenidən qurulur. Ümumiyyətlə zavodun müasirləşdirilməsi işləri çərçivəsində LPG və digər qazların emalında artım olacaq. Lakin tələbat da artmaqdadır. Yaxşı olar ki, bizim istifadəçilərimiz daha əlverişli digər məhsullardan da istifadə etsinlər. Bu zaman LPG-nin tələbatına təzyiq azalar”.

Son xəbərlər