Mojo.az — elanlar
Son Xəbərlər
22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |    
Mojo.az Avto
Mojo.az Avto

Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu?

21.10.2019 20:40 1 279
Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu?
"Yarmarkaya buraxılmayan ballar sonradan öz sahiblərinə qaytarılıb"

Bu barədə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, həmin məhsullar yarmarkanın sonunacan anbarlarda saxlanılıb:

“Keyfiyyəti aşağı olan ballar 19 oktyabracan xüsusi ayrılmış anbarlarda qorunub saxlanılıb. Sonuncu gün həmin məhsullar öz sahiblərinə qaytarıldı”.

L.Məmmədova qeyd edib ki, yararsız balların saxlanılması ilə bağlı Arıçılar Assosiasiyası ilə müqavilə imzalanmışdı: "Müqaviləyə əsasən düzgün saxlanılmadığı halda həmin balların keyfiyyətinə dəyəcək zərər ASC tərəfindən ödəniləcəkdi".

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 18-ə qədər Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunub.(trend.az)

Son xəbərlər