22:53 “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib  |     22:37 "Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü  |     22:29 Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı  |     22:18 Bələdiyyə sədrinə "stop" qoyuldu  |     22:09 Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb  |     21:58 Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi  |     21:52 “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu  |     21:25 Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır  |     21:18 Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     21:12 Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI  |     20:56 "Qarabağ"dan erkən qol  |     20:47 DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib  |     20:43 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb  |     20:37 İsrail Qəzzaya 30 fələstinlinin meyitini qaytarıb  |     20:36 Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:31 Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib  |     20:26 Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib  |     20:18 Belqradda parlament binası qarşısında atışma baş verib, xəsarət alan var  |     20:10 Səkkiz ölkədən olan səyyahlar Xankəndiyə gəliblər  |     20:04 Peru paytaxtında 30 günlük fövqəladə vəziyyət elan edilib  |    

Bakıda bal kimi yarmarka

Bakıda bal satış-sərgi yarmarkası açılıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı keçirilən yarmarka sentyabr 28-dən oktyabrın 18-dək keçiriləcək. Yarmakada 123 ton bal satışı nəzərdə tutulub.

EkoNews-un əməkdaşı bu gün yarmarkada olub.

Yarmarkaya daxil olarkən diqqəti ilk çəkən səliqə-səhmandır. Satışlar çadırın içindəki piştaxtalarda həyata keçirilir. Çadırlardan kənarda isə satış və piştaxtalar yoxdur.

Yarmarkada durğunluq hiss olunsa da, bunun açılışla bağlı olduğunu öyrəndik. Satıcı Gözəl Həmzəyeva bildirdi ki, durğunluğun səbəbi yarmarkanın yeni açılmasıdır: "Yarmarkaya Astara rayonundan qatılıram. Balın qiyməti 20-25 manat arası dəyişir. Dağ balı 25, biyam və aran balının kilosu isə 20 manatdır.

Arıçı Kamal Yusifov bildirib ki, yarmarkaya təlabat çoxdur: "Mən yarmarkaya Balakəndən qatılmışam. Bizdə satışda çökə balıdır. Qiymət də 20-25 manat arası dəyişir. Hələ ki, yarmarka yeni açıldığı üçün alıcıdan daha çox mətbuat işçiləri var".

Arıçı Əsgərov Qalib yarmarkaya Göyçay rayonundan qatıldığını bildirdi: "Bu il satışa çiçək balı çıxarmışıq. Qiymətlər 20-30 manat arasında dəyişir".

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, ölkəyə balın idxalını qadağa qoyula bilər: "Kənd Təsərrüfatı Nazirliyi ölkəyə bununla bağlı təklifi araşdırır".

Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.

Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib. Müraciətdə bildirilir ki: "Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək”.

Ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır.

Nazir müavini arıçılıq işində gələcək məqsədlərdən də danışıb. Bildirib ki, məhsuldarlığın artımında bir neçə məqsəd var: "Bal məhsuldarlığının artırılması məqsədilə bizim qarşımızda bir neçə ciddi vəzifələr dayanıb. Burada ən vaciblərindən biri, Azərbaycanın brend arıçılıq cinsləri "Bozdağ", "Qafqaz" cinsi və "Sarı" arı "Qafqaz" cinsinin tam təmizliyinə nail olmaqdır. Bu cins genetik məhsuldarlığın artımında önəmli bir rol oynayır. İkinci məsələ isə arıçılığın yem təminatının yaxşılaşdırılmasıdır”.

Seyfəddin Talıbovun sözlərinə görə, bu il təqribən 120 tondan çox bal satışa çıxarılıb, amma 14%-dək göstəricilərinin tələblərinə cavab verməyən bal məhsulları satışdan kənarlaşdırılıb: "Bu gün Bakıda açılışı həyata keçirilmiş arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası bitdikdən sonra keyfiyyətə uyğun olmayan və yarmarkaya çıxarılmayan bal məhsulları arıçılara qaytarılacaq. Həmin ballar karantin şəraitdə anbarlarda saxlanılır, yarmarka başa çatdıqdan sonra sahiblərinə təhvil veriləcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 175 28.09.19 18:31