Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Çində “Bir zamanlar Hollivudda” filminin nümayişi qadağan edilib

19.10.2019 22:51 1 843
Çində “Bir zamanlar Hollivudda” filminin nümayişi qadağan edilib
Çin kinoteatrlarında dünya şöhrətli rejissor Kventin Tarantinonun “Bir zamanlar Hollivudda” filminin nümayişi qadağan edilib.

Median.Az
“Hollywood Reporter”ə istinadən xəbər verir ki, buna səbəb dünyaca məşhur aktyor Brüs Linin qızının şikayəti olub. Belə ki, aktyorun qızı Şennon qəzəbli şəkildə Çin hökumətinə filmdə “Brüs Li”nin göstərildiyi səhnələrin dəyişdirilməsi tələbi ilə müraciət edib. O, Tarantinonun atası Brüsə hörmətsiz rəftar etdiyini və onu “çox təkəbbürlü” göstərdiyini bildirib.

Xatırladaq ki, bir müddət öncə Şennon ilə Kventin arasında qalmaqal yaşanıb. Şennon deyib:

“Yaxşı olardı ki, o, ya üzr istəsin, ya da desin ki, bəli, mən Brüs Linin necə bir adam olduğunu bilməmişəm. Mən onu yalnız film üçün belə təsvir etmişəm”.

Qeyd edək ki, Kventin Tarantino bir müddət əvvəl açıqlamasında Brüs Lini öz filmində necə var elə - lovğa kimi təqdim etdiyini bildirmişdi:

“Onun danışıq tərzini özümdən çıxartmamışam. Bu cür fikirləri elə məhz ondan şəxsən eşitmişəm. Deyirlər ki, guya o, heç vaxt Məhəmməd Əlini döyə biləcəyini elan etməyib. Brüs Li isə özü belə bir şey deyib. Onun həyat yoldaşı Linda Li də bioqrafiyasında bunu təsdiqləyib”.

скачать dle 11.3
Mojo.az Banner