Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

18.10.2019 19:44 1 817
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİSEF) arasında Anlaşma Memorandumu imzalanıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, imzalanma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iştirak ediblər.

Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələr barədə danışaraq, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, uşaqların sağlamlığı və təhsili sahəsində Fondla UNİSEF arasında mövcud əməkdaşlıq barədə məlumat verib. Qeyd olunub ki, imzalanan Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq.

Memorandum çərçivəsində Heydər Əliyev Fondu, "Regional İnkişaf" İctimai Birliyi və UNİSEF-in birgə dəstəyi ilə uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar Mərkəzdə "Live Life" ("Canlı həyat") sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib.

Son xəbərlər