Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Azərbaycan qızıl ixracından nə qədər qazanıb?  |     22:48 Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb  |     22:41 Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)  |     22:17 Kür çayında meyit tapıldı  |     22:09 Gündəlik xərclər niyə bu qədər artıb? – Ailə büdcəsi üçün 5 praktiki tövsiyə  |     21:48 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     21:46 Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb  |     21:39 Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi  |     21:38 Şahin Şıxlinski yenidən saxlanıldı  |     21:14 Binədə fərdi yaşayış evi yanır  |     21:03 Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb  |     20:39 16 yaşlı yeniyetmə Kürdə batdı  |     20:31 Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU  |     20:30 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     20:18 “İmtahanlar saxtalaşdırıldı,oğlumun haqqı tapdalandı” - Aparıcıdan iddia (Video)  |     20:10 Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı  |     20:04 Azyaşlı uduş müsabiqəsində soyuducu qazandı, gündəm oldu - Video  |     19:57 “Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik” - Video  |     19:51 Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı  |     19:44 UEFA "Sabah"ın rəqibini cərimələyib  |    

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi, eyni zamanda birgə layihələrin icra olunmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.

Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.

Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.

Daha sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, burada işğal zamanı törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.

Xatırladaq ki, Azərbaycan 1991-ci ildən 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ICESCO arasında səmərəli əməkdaşlıq qurulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 089 11.05.24 14:20