Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb - FOTO

24.04.2025 13:13 1 596
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüş zamanı Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsində gənclərin, o cümlədən iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu qeyd edilib. Bu baxımdan, Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir.

Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında 10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) distant Çin dili kurslarının təşkil olunduğu diqqətə çatdırılıb.

Görüş zamanı Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.

Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Heydər Əliyev Fondunun müxtəlif sahələr, o cümlədən Azərbaycan mədəniyyətinin tanıdılması üzrə nəşrlərinin Çin dilində çap olunmasının vacibliyi qeyd edilib.










Son xəbərlər