Mojo.az — elanlar
Son Xəbərlər
14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |    
Mojo.az Avto
Mojo.az Avto

Rafael Cəbrayılov: Hafiz Hacıyev, sən ermənidən əmələ gəlmisən - VİDEO

07.10.2019 20:16 2 153
Rafael Cəbrayılov: Hafiz Hacıyev, sən ermənidən əmələ gəlmisən - VİDEO
Hər kəs bilir ki, Hafiz Hacıyev Azərbaycan siyasətinin klounudur. Düşünürəm ki, bunu bilməyən yoxdur.

Təxminən üç il bundan əvvəl Hafiz Hacıyev Xalq artisti Aygün Kazımova və digər bəzi səhnə xanımları haqqında ağzına gələni danışmışdı. Həmin vaxt Aygün Kazımova ona tutarlı cavab vermişdi, Hafiz Hacıyevin özü və arvadı haqqında təhqiramiz fikirlər demişdi.

Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Rafael Cəbrayılov deyib.

“Əgər Hafiz Hacıyevin bir damla namusu, qeyrəti olsaydı, o, bir daha bu söhbətə qayıtmazdı. Bilirsiniz, kişi kişi ilə vuruşar, amma kişi bu söhbətə qadını, ailəni qatmaz. Söhbət əsl kişidən gedir. Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də Hafiz Hacıyevi maliyələşdirir və buna görə də o, belə danışır”, - o əlavə edib.

R.Cəbrayılov bildirib ki, həyat yoldaşım əslən Yevlax rayonundandır.

“Onun nəslində belə erməni yoxdur və olmayıb. Amma mən buradan üzümü Hafiz Hacıyevə tutub deyirəm: Hafiz Hacıyev, sən ermənidən əmələ gəlmisən. Əgər sənin bir damla şərəfin, namusun, qeyrətin varsa, məni ver məhkəməyə və mənim vəkillərim tutarlı dəlillərlə sübut etsinlər ki, sən ermənidən əmələ gəlmisən. Cəsarətin varsa, məni ver məhkəməyə, gözləyirəm!”

Qeyd edək ki, borca görə Milli Məclisin deputat vəsiqəsini girov qoyan R.Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. Parlament məsələyə baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi.

Oktyabrın 2-də müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Müasir Müsavat Partiyasının sədri isə açıqlamasında R.Cəbrayılov barəsində təhqiramiz fikirlər səsləndirib.

Son xəbərlər