Mojo.az — elanlar
Son Xəbərlər
12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulda - VİDEO

04.10.2019 16:43 1 820
Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulda - VİDEO
İstanbulda təşkil olunan və dördüncüsü keçirilən IV Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyətlə təmsil edib.

Maddi-mədəni sərvətlərimiz sayılan ecazkar gözəlliyə malik Azərbaycan kəlağayısı və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atları ilə, “Bir millət, iki dövlət” şüarı ilə “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya qonaqlar tərəfindən xüsusi zövqlə izlənilib.

Dünya Etnospor Konfederasiyasının prezidenti cənab Bilal Erdoğan tədbiri ziyarət edib. Qarabağ atlarının çıxışını izləyib. Şoudan sonra cənab Bilal Erdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb və ölkəmiz haqqında xoş təəsüratlarını, Qarabağ atlarının Türkiyə ərazisində ilk dəfə məhz bu tədbirdə çıxışından məmnunluğunu bildirib. Şouda Türkiyənin siyasi xadimləri ilə yanaşı, bir çox tanınmış simaları da iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən çoxlu sayda tamaşaçının izlədiyi və müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı tədbir dörd gün davam edəcək.

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Dörd gün ərzində bir milyondan artıq insanın Atatürk Hava Limanı ərazisində təşkil olunan tədbirləri izləmək üçün iştirakı gözlənilir.
/oxu.az/


Son xəbərlər