Mojo.az Banner
22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |     21:45 Ayıların ailəlikcə toy mərasiminə qatılması viral oldu  |     21:35 Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü  |     21:25 İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB  |     21:10 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək  |     21:01 Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...  |     20:52 Babək Niftəliyevə vəzifə verildi  |     20:45 Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər  |     20:38 Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı - VİDEO  |     20:30 Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? – Araşdırma  |     20:22 Damarı tapılmadığı üçün edam ləğv edildi  |     20:15 Azərbaycanda yeni universitet yaradılacaq  |     20:08 Putindən Azərbaycanla bağlı maraqlı sözlər  |     19:59 Çiyələk bu hallarda ölümcül ola bilər - Diqqətli olun  |    
Left Banner
Right Banner

“Pianoçu” filmi ilə məşhurlaşan rejissorun qorxunc həyat hekayəsi... - FOTOlar

03.10.2019 21:10 1 577
“Pianoçu” filmi ilə məşhurlaşan rejissorun qorxunc həyat hekayəsi... - FOTOlar
Ən yaxşı rejissor "Oskar"ı da daxil olmaqla, bir çox mükafatlar almış polşalı dünyaca məşhur rejissor Roman Polanskinin həyatı ən az filmləri qədər diqqət çəkir. Onun film kariyerası qədər şəxsi həyatı da mübahisə doğurur.

Roman Polanskinin xüsusilə də son illərdə haqqında yayılan təcavüz ittihamlarına görə uzun müddətdir, başı qalmaqallardan açılmır. Cinsi istismar ittihamlarıyla həbs olunan rejissorun keçmişi qədər bu günü də tükürpədən detallarla zəngindir.

Median.Az Musavat.com-a istinadən xəbər verir ki, yəhudi əsilli Polanskinin faciəli həyatı 1940-cı il Almaniya işğalı səbəbilə bütün ailəsinin əsir düşərgələrinə göndərilməsi ilə başlayır.


Atası onu əsir düşərgəsinə getməmişdən öncə katolik bir ailəyə əmanət edərək ölümdən xilas edir. Polanski savaş boyunca almanlardan qaçaraq kilsəyə bağlı evlərdə yaşamını davam etdirir.

Anasını "Auschwitz" əsir düşərgəsində itirdikdən sonra həyatda qalmağı bacaran atası ilə yoluna davam edən Polanski bir müddət sonra Lodz film məktəbində rejissorluq təhsili aldı.

Buradakı tələbəlik həyatı boyunca bir çox qısa və uzun metrajlı film təcrübəsi oldu. "Knife in the water" (Suda bıçaq) filmindən sonra bu sahədə adından söz etdirməyi bacardı. Zamanında bu filmi fərqli qılan şey savaşdan sonra Polşada çəkilən filmlər içərisində savaş mövzusunu əks etdirməyən tək film olması idi.


Artıq film sektorunda özünü sübut edən Polanski "Qorxusuz vampir ovçuları" filminə oyunçular axtardığı zaman həyatını eşqi ilə qarşılaşdı. Şeron Teyt adlı bu xanım öz gözəlliyi ilə bir çox gözəllik yarışlarının qalibi seçilmişdi. Filmin çəkilişləri bitdikdən sonra Polanski Şerona eşqini elan etdi və onlar bir müddət sonra ailə qurdu. Polanskinin faciəli həyatının ikinci hissəsi də bundan sonra başladı.


Hamilə olan Şeron 1969-cu ildə dostları ilə birgə "Beverly Hills"dəki evlərinə gəldilər. Gecə əyləndikdən sonra səhər ətrafı toplamaq üçün gələn xidmətçi qorxunc məzərə ilə qarşılaşdı. Hər yer - xalçalar, əşyalar, çarpayı, divar qan içərisində idi. Ən qorxunc mənzərə isə Şeron Teytə aid olduğu ortaya çıxan qanla divara "donuz" yazıldığı mənzərə idi.

Şeronun bədənində 16 bıçaq yarası var idi və boynuna uzun bir ip bağlanmışdı. Otaqda olan hər kəsi vəhşicəsinə qətlə yetirən qatillər evin bütün telefon xətlərini də kəsmişdilər.


Sevimli həyat yoldaşı Şeron ilə birgə digər dostlarını bu dəhşətli cinayətdə itirən Polanski dərin psixoloji çöküntü yaşadı. Bundan sonra film sahəsində uzaqlaşıb, bir müddət özünə qapandı. İllər sonra öz bioqrafiasında yazdığına görə, həyat yoldaşının ölümü ilə bütün dini inancını itirdi.


Bir müddət sonra maşın oğurluğuna görə tutulan Susan Atkins adlı bir qadın Şeronun ölümü ilə bağlı kamera yoldaşlarına bir sıra şeylər danışıb. Polislər araşdırma başladaraq qadından cinayətlə bağlı ciddi məlumatlar əldə edirlər.

Susan Atkins bildirdi ki, cinayət həmin dövrdə fəaliyyət göstərən dini sektanın işidir, özü də həmin sektanın üzvü olub. Sektanın rəhbəri və cinayətin əsas icraçısı Çarls Menson adlı bir psixopat idi.

Cinayətdən sonra Polanskinin həyatında ard-arda uğursuzlar yaşanır. 1977-ci ildə 13 yaşlı bir qıza təcavüz etdiyi üçün haqqında cinayət işi açıldı, lakin Polanski həbs olunmamaq üçün Amerikadan Fransaya qaçaraq oranın vətəndaşlığını qəbul etdi.


2002-ci ildə öz həyatından ilhamlanaraq yazdığı, baş rolunda Adrian Brudinin yer aldığı "Pianoçu" filmi 3 "Oskar", 2 "Bafta" və "Qızıl Palma" mükafatlarına layiq görülüb. Amerikaya girişi qadağan olduğu üçün "ən yaxşı rejissor" mükafatını onun adına Harrison Ford aldı.

Rejissorluğunu Tarantinonun etdiyi "Once Upon A Time In Hollywood" (Bir zamanlar Hallivudda) filmi Polanskinin faciəli həyatına həsr olunub. Film 2019-cu ilin avqustunda izləyicilərin ixtiyarına verilib.

скачать dle 11.3
Mojo.az Banner