Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

13.02.2021 14:24 2 391
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda
Azərbaycanlı rejissor Tahir Əliyevin “Qırmızı” filmi 20-21 fevral tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək ZİLANT Beynəlxalq Film Festivalının finalçıları arasında yer alıb.

Bu barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsindən məlumat verilib.

Film ucqar bir kənddə yaşayan məktəbli qızın kənd yolları boyunca yeni qırmızı ayaqqabılarla gəzmə xəyalından bəhs edir.

ZİLANT Film Festivalı 2017-ci ildən keçirilir və ildə iki dəfə baş tutur.

Son xəbərlər