Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşa barədə “28” filmi beynəlxalq festivalda nümayiş etdirilib

04.09.2021 21:16 891
Şuşa barədə “28” filmi beynəlxalq festivalda nümayiş etdirilib
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, “Anadolu” agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspor Beynəlxalq Qısa Film Festivalı başa çatdıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, festivala 120 ölkədən 3 123 film təqdim edilib.

Münsiflər heyəti festivalın final mərhələsinə 24 film seçib. Onların arasında türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun çəkdiyi qısametrajlı "28” bədii-sənədli filmi də var. Film Niderlandda yaşayan jurnalist Xatirə Sərdarqızının 12 yaşında olarkən birinci Qarabağ müharibəsi zamanı aldığı psixoloji sarsıntıdan, 28 illik həsrətdən sonra işğaldan azad edilən doğma Şuşaya qovuşmasından və öz uşaqlıq illərinə qayıtmasından bəhs edir.

İstanbulun “Atlas” kinoteatrında filmlərin nümayişi zamanı türkiyəli tamaşaçılar "28” filmini maraqla qarşılayıblar. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov ekran əsərinin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və birinci Qarabağ müharibəsi zamanı 12 yaşında şəhəri tərk etmək məcburiyyətində qaldığını, onun uşaq vaxtı yaşadığı psixoloji sarsıntılara diqqəti cəlb edib.

"Bu hekayədə müharibənin insanlara və uşaqlara yaşatdığı dəhşətli anları, psixoloji sarsıntılara səbəb olduğunu göstərmək istədik. Bundan başqa, məqsədimiz erməni vandallarının işğal zamanı Şuşadakı tarixi-mədəni irsimizi, abidələrimizi tarmar etdiklərini, şəhəri viran qoyduqlarını daha geniş auditoriyanın nəzərinə çatdırmaqdır”, - deyə rejissor əlavə edib.

Qeyd edək ki, “28” filmi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə hazırlanıb. Növbəti beynəlxalq festivallara təqdim olunması nəzərdə tutulan filmin ssenari müəllifləri – Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Rolları Xatirə Sərdarqızı və Nuray Məmmədzadə canlandırıblar.скачать dle 11.3
Mojo.az Banner