22:50 “Üstünlük bəlkə də rəqib tərəfdədir” - Qurban Qurbanov  |     22:41 "Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB  |     22:30 Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır  |     22:22 Türkiyə-Azərbaycan Universitetinin iki illik fəaliyyətinə dair hesabat təqdim edilib  |     22:17 Ərdoğan Körfəz ölkələrinə səfər edəcək  |     22:10 Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub  |     22:03 Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO  |     21:56 Hazırlığa apardığı məktəbliyə qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi  |     21:48 Naxçıvanda minlərlə turist öz evində qalıb - QƏRİBƏ STATİSTİKA  |     21:37 Bakıda iş adamı narkotiklə SAXLANILDI  |     21:22 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:14 Füzulidə körpə ölü doğulub  |     21:06 “Mənə qalan qızım oldu...” - Xalq artisti  |     20:55 Zakir Həsənov Özbəkistana getdi  |     20:48 Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida  |     20:40 Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir  |     20:33 Metronun bu stansiyasında interval 5 dəqiqə azaldıldı  |     20:28 Epizootik vəziyyət nəzarətdə saxlanılır  |     20:20 Bakıda taksi sürücüsü qarət edildi  |     20:12 Sabaha olan hava proqnozu  |    

Avrasiyanın 33 tanınmış yazıçısı Sumqayıtda olub - FOTO

Avrasiyanın 33 tanınmış yazıçısı Sumqayıtda olub.

Median.Az
-ın report-a istinadən məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara şəhərin tarixi barədə ətraflı məlumat verib.

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının çox böyük tədbir olduğunu bildirib.

Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Fonduna minnətdarlıq ediblər.

Qeyd edək ki, oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təntənəli açılış mərasimi olub. “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

Genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.

Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.

Festivalın əsas vəzifələrinə aşağıda sadalanan məsələlər aiddir: Avrasiya ölkələrində festival hərəkatının birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi, ədəbi forumlar və festivallar təşkili sahəsində təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin mədəni həyatında iştiraka cəlb edilməsi, mütaliənin və ədəbi yaradıcılığın təbliği, oxucu mədəniyyətinin formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olması yolu ilə yazıçıların və oxucuların qarşılıqlı zənginləşməsi.

Festivalda Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edirlər.

“LiFFt-2019” Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların qarşılıqlı yaradıcı fəaliyyəti, yer üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə və qarşılıqlı hörmətə, sülhsevərliyə, millətlərarası mehriban qonşuluq və həmrəyliyə əsaslanan beynəlxalq ictimai münasibətlərin yeni modelinin yaradılmasında iştirak edən yazıçı və oxucuların geniş dialoqu üçün nəzərdə tutulan məkandır.

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının azərbaycanlı spikerləri Azərbaycanın Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, Xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, Azərbaycanın Xalq artisti Ramiz Fətəliyev və başqalarıdır.

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının beynəlxalq spikerləri Oljas Süleymenov (Qazaxıstan), Konstantin Kedrov-Çelişev (Rusiya), şair, nasir, tərcüməçi, Olştın Universitetinin professoru, mədəniyyət sahəsində hər il təqdim edilən marşal Varmiya və Mazur mükafatının laureatı Kşiştov Şatravski (Polşa), yazıçı və dramaturq, İsrailin Baş Naziri Binyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu (İsrail), əsərləri dünya xalqlarının 40 dilinə tərcümə edilmiş satirik yazıçı, şair, publisist, tərcüməçi, Başqırdıstanın və Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Marsel Səlimov (Rusiya) və başqalarıdır.

Festivalın işi oktyabrın 3-də başa çatacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 360 02.10.19 21:06