Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbuldan SON XƏBƏR - Oqtay Gülalıyevin həyat yoldaşı AÇIQLAMA VERDİ - VİDEO

06.11.2019 20:50 1 688
İstanbuldan SON XƏBƏR - Oqtay Gülalıyevin həyat yoldaşı AÇIQLAMA VERDİ - VİDEO
Hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün Heydər Əliyev Fondu tərəfindən ayrılmış ambulans təyyarə müvəffəqiyyətlə Türkiyəyə çatıb.

Həkimlər və tibb personalı səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku.Tv-yə açıqlama verib:

“Mən ora getdim, xəstəni gördüm, bəzi təkliflər verdim. Sonra xəstə yaxınlarının buraya gəlməyə üstünlük verməsi nəticəsində Heydər Əliyev Fondunun dəstəyilə lazımi şərait yaradıldı. Xüsusi təyyarə ilə kritik şərtlər altında İstanbula gəldik”.

Hüquq müdafiəçisi O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva hüquq müdafiəçisinin müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib:

“Xəstə artıq əməliyyat olunub. Yaxşı ki Heydər Əliyev Fondu bunu öz üzərinə götürdü və biz onu Türkiyəyə gətirdik”.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku.TV-yə son məlumatları da çatdırıb:

“Müalicə deyil, baxım mərhələsindəyik. Müalicə onun əməliyyat olması idi. Əməliyyatdan sonra onun beyninin zərər görmüş hissəsini sağaltmağa çalışacağıq. Bir az vaxta ehtiyacımız var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. Bu gün o, türkiyəli mütəxəssislərin iştirakı ilə İstanbula aparılıb və orada əməliyyat olunub.скачать dle 11.3

Son xəbərlər