Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Əlahiddə Ümumqoşun Orduda kursantlara sertifikatlar təqdim edilib

02.10.2019 19:07 2 894
Əlahiddə Ümumqoşun Orduda kursantlara sertifikatlar təqdim edilib
Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslara yiyələnən kursantlara sertifikatlar təqdim edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Naxçıvan Qarnizonunda gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı əsas diqqət kursantların ən müasir silah və texnikaları dərindən öyrənməsinə, real döyüş şəraitində bacarıqla istifadəsinə yönəldilib. Bu məqsədlə keçirilən məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Nəticədə isə məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

Məzun Azər Rüstəmov kurslarda qazandıqları bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.
Valideynlər adından çıxış edən Ədalət Zalov bildirib ki, hər bir valideyn övladının peşəkar, vətənpərvər və bacarıqlı bir gənc olmağını arzulayır. Bir valideyn kimi bizi bu arzumuza çatdıraraq qürur hisslərini yaşadan dövlətimizə minnətdarıq. Çünki, dövlətimizin qayğısı nəticəsində kurslarda iştirak edərək peşəkar hərbçi kimi yetişmək istəyən gənclərin arzuları artıq əlçatan olub.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Elman Orucov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bu kursları uğurla başa vuran gənclərimiz Vətənə şərəflə xidmət edirlər. İnanırıq ki, hər zaman dövlət qayğısını üzərində hiss edən məzunlarımız da xalqdan güc alaraq və xalq-ordu birliyindən ruhlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər