Mojo.az Banner
19:35 Yaz allergiyası niyə artır? – Həkimlərdən allergik şəxslərə vacib xəbərdarlıq  |     19:30 İTV-nin yeni baş direktoru bu tarixdə seçiləcək  |     19:21 Pakistanda Təyyarə qəzaya uğradı  |     19:15 Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq  |     19:08 Tramp Si-Putin görüşü barədə açıqlama verib  |     19:02 Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ  |     18:48 Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir  |     18:38 Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq  |     18:11 ADY: Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək  |     18:10 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir?  |     17:50 I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq  |     17:32 Gürcüstana gedən sərnişinlər necə sığortalanacaqlar? - TARİFLƏR AÇIQLANDI  |     17:20 Bakıda bir neçə mərkəzi küçədə avtomobillərin hərəkəti QADAĞAN EDİLİR  |     17:00 Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?  |     16:40 Bakıda küçə ticarəti: problemlər həll olunacaqmı?  |     16:34 Asan qazanc arzusu gəncləri uçuruma aparır  |     16:03 Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ  |     12:30 Azərbaycanda qadın pilotların sayı açıqlanıb  |     12:06 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     12:03 Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar - FOTO  |    
Left Banner
Right Banner

Naxçıvanda qadın hərbi qulluqçular xidmətə başlayıb - VİDEO

01.07.2019 20:35 2 802
Naxçıvanda qadın hərbi qulluqçular xidmətə başlayıb - VİDEO
Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, buraxılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif ixtisas hazırlığı kursları təşkil olunaraq keçirilir. Bu kursları uğurla bitirən məzunlar da öz növbəsində ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət edirlər. İnanırıq ki, sertifikat almaq həyəcanı ilə sırada dayanan məzunlarımız da kurslarda əldə etdikləri nailiyyətlərlə kifayətlənməyəcək, bilik və bacarıqlarını daha da təkmilləşdirərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacaqlar.

Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkli çəkdirilib.//report.az

скачать dle 11.3
Mojo.az Banner