Mojo.az — elanlar
Son Xəbərlər
12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi

02.10.2019 13:30 2 298
Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi
Keçmiş nazir mülkiyyətində olan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırıb.

Median.Az
Criminal.az-a istinadən xəbər verir ki, keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.

İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir.

Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bakı şəhər Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.

İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.

Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb. Hazırda Səbail rayon Məhkəməsində işə baxılır.

Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır.

Mandatını girov qoyub borc götürən deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var.

Son xəbərlər