Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis məşhur kimsəsiz uşağı tapdı: anası onu tərk edibmiş

23.09.2019 20:11 2 336
Polis məşhur kimsəsiz uşağı tapdı: anası onu tərk edibmiş
Polislərin tapdığı uşağın Sabunçu rayonunun 14 yaşlı sakini Fərid Vlasov olduğu müəyyənləşib. Bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Polis ananın uşağı tərk etdiyini sentyabrın 20-də - Sabunçu qəsəbəsində tapılan küçə uşağının videosu videosu sosial şəbəkədə yayıldıqdan sonra öyrənib.

Araşdırma zamanı məlum olub ki, anası Liliya Vlasova kənddə yaşayan yeniyetməni tərk edib. Bununla əlaqədar sentyabrın 21-də rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükəli vəziyyətdə qoyma) maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayət-axtarış şöbəsinin əməkdaşları qadını axtarsalar da, nəticə əldə edə bilməyiblər.

Öz növbəsində, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri, hüquq müdafiəçisi Kəmalə Ağazadənin də qeyd etdiyi kimi, polislər uşağı “Nur” uşaq evinə veriblər:

“Yeniyetmə haqqında süjet “Kanal-13” internet televiziyası vasitəsilə yayılıb.

Fərid Vlasov butulka yığıb, təhvil verir və buradan qazandığı pulla yaşayırdı. Jurnalistə verdiyi müsahibədə oğlan valideynlərinin öldüyü barədə yalan danışıb, deyib ki, qardaşını və bacısını özü saxlayır.

Jurnalistin səhvi onda olub ki, səthi videosüjet hazırlayıb və yeniyetmənin yalan söylədiyini aydınlaşdırmayıb. Bəlkə, onu işləməyə məcbur edblər, bəlkə o, istismar olunurmuş? Heç kim uşağın harada yaşadığını bilmir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, yeniyetmənin hansı şəraitdə yaşadığını öyrənmək üçün onunla psixoloq işləməlidir: “Təəssüf ki, Azərbaycanda F.Vlasov kimi tərk edilmiş kimsəsiz uşaqlar çoxdur”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Son xəbərlər