Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələrə səs salan Fərid sığınacaqdan qaçdı

26.10.2019 15:27 4 229
Sosial şəbəkələrə səs salan Fərid sığınacaqdan qaçdı
Bakıda uşaq sığınacaqdan qaçıb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

“Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki filialı olan “Nur” Uşaq Evindəki sığınacağa yerləşdirilən 14 yaşlı Vlasov Fərid Ruslan oğlu sığınacaqdan qaçıb.

“Nur” Uşaq Evinin rəhbəri Aynurə Xudiyeva saytımıza açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, Fərid hazırda sığınacaqdadır:

“O, oktyabrın 22-də, səhər saatlarında sığınacaqdan qaçıb və 3-4 saatdan sonra biz onu tapdıq. Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında diləndiyi yerdə tapmışıq. Fərid Bakının hər yerində dilənib və hər yeri tanıyır”.

A.Xudiyev qeyd edib ki, Fərid Vlasov siqaret çəkib və dilənib:

“Hazırda sığınacaqda reabilitasiya keçir”.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl sosial şəbəkələr azyaşlı Fəridin videomüsahibəsi ilə sarsıldı. O, müsahibəsində valideynlərini itirdiyini, azyaşlı qardaş-bacısına baxdığını bildirirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fəridlə bağlı açıqlama yaymışdı. Məlum oldu ki, azyaşlının dedikləri həqiqəti olduğu kimi əks etdirmir.

O, “Nur” Uşaq Evindəki sığınacağa yerləşdilmişdi.
/oxu.az/

Son xəbərlər