Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dörd dəfə həbs olunmuş yalançı general tutuldu - FOTO

23.09.2019 14:16 4 952
Bakıda dörd dəfə həbs olunmuş yalançı general tutuldu - FOTO
Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib. Sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib.

Bu məlumat Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin Bakı ofisinin direktoru İsmayıl Ağayev tərəfindən təsdiqlənib.

Ötən həftəsonu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) və 178.2.4-cü (külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunub.

Özünü Asiya Bürosunun rəhbəri kimi təqdim edən F.Ələkbərov sifariş əsasında tikdirdiyi general formasını geyinərək qurbanlarını axtarıb. O, insanlara pul qarşılığında diplomatik pasport almağı vəd edib, üzərində müxtəlif rütbələr və jetonlar olan geyimlərin satışına dair danışıqlar aparıb:

“Hazırda general üç nəfərə zərər vurub. F.Ələkbərov sənədlərin saxtalaşdırılması ilə də məşğul olub. Hazırda istintaq bu məlumatı yoxlayır və fırıldaqçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün lazımi tədbirləri görür”.

Qeyd edək ki, F.Ələkbərov dörd dəfə mənimsəmə və dələduzluğa görə mühakimə olunub.



/oxu.az/

Son xəbərlər