Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

02.03.2021 19:22 963
Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı
Nərimanov Rayon Məhkəməsində beynəlxalq təşkilatda işlədiyini deyən saxta general-mayor Firdovsi Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində irəli sürülən Cinayət Məcəlləsinin 320.1-ci (saxta sənəd hazırlama və satma) maddəsinin sübuta yetirilmədiyi qənaətinə gəlib.

Hökmə əsasən, bu maddə üzrə ona bəraət verilib. F.Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib və 2 min manat cərimə edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Belə ki, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş F.Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb.

Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6 000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər