Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə azərbaycanlı qadınların kütləvi şəkildə saxlanılması xəbərinə - RƏSMİ AÇIQLAMA / VİDEO

17.09.2019 18:33 1 675
Türkiyədə azərbaycanlı qadınların kütləvi şəkildə saxlanılması xəbərinə - RƏSMİ AÇIQLAMA / VİDEO
Türkiyənin İstanbul şəhərinin müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla bağlı problem yaşanıb.

Soydaşlarımızdan bir qrup qadın kütləvi şəkildə müxtəlif vaxtlarda saxlanılaraq polis idarələrinə aparılıb.

Saxlanılanlardan bəziləri isə deportasiya olunub. Mövcud durumla bağlı ötən gün İstanbulun Başakşehir rayonunda aksiya da keçirilib.

Redaksiyamıza olunan çoxsaylı müraciətləri nəzərə alaraq problemin nədən ibarət olmasını araşdırdıq.

Azərbaycanlıların hansı məqsədlə saxlanılması və deportasiya olunması ilə bağlı Xarici İşlər nazirliyinə sorğu göndərdik. Nazirlikdən "BAKU.WS"-ə verilən məlumatda bəzi azərbaycanlıların deportasiyası məlumatı öz təsdiqini tapdı: "Əslində orda söhbət Türkiyə ərazisinə pasportla qanuni daxil olsa da, oturum icazəsi ala bilməyən vətəndaşlardan gedir. Faktiki olaraq qeyri-qanuni çalışan vətəndaşlarla bağlı problem yaşanıb. Bu səbəbdən onlar saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazidə konkret olaraq 6-7 nəfər həmyerlimiz oturum icazəsi olmadığı üçün polis tərəfindən saxlanılıb. Bu da Türkiyə tərəfinin verdiyi qərardır".

Son xəbərlər