Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq

29.01.2025 19:05 1 473
709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq
ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.

Bu barədə “Report” “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir.

Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər.

Bu siyahıda qanunsuz miqrantların ən çox sayı Honduras (261.651), Qvatemala (253.413), Meksika (252.044), Salvador (203.822) və digər əsasən Latın Amerikası ölkələrindən olan şəxslərdir.

Siyahıya, həmçinin keçmiş SSRİ (337 nəfər) və keçmiş Yuqoslaviya (845 nəfər) pasportlarına malik şəxslər də daxildir.

Deportasiya əmri almış 1,4 milyondan çox qeyri-qanuni miqrantın əksəriyyəti asanlıqla deportasiya edilməsi mümkün olan "şimal üçbucağı" adlandırılan ölkələrdən və Meksikadandır.

Ekspertlərin fikrincə, Donald Tramp administrasiyasının cinayətkarlar və ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərlə bağlı kütləvi deportasiyası güman ki, buradan başlayacaq.

Miqrasiya Xidməti hətta qəti deportasiya qərarı olsa belə, nəzarət altında olan, lakin həbsdə olmayan şəxslərin dərhal deportasiyasına mane olan çoxsaylı amillərin mövcudluğunu etiraf edir.скачать dle 11.3

Son xəbərlər