Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq

12.09.2019 12:32 4 934
Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq
Azərbaycanda büdcənin tərtibatı prosesində gəlir və xərclər ölkənin iqtisadi artım templərindən kəskin şəkildə fərqlənir. Ona görə ki, büdcənin xeyli hissəsi - bir qayda olaraq yarıya qədəri Dövlət Neft Fondundan ayırmalar hesabına formalaşır.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

“Bu şəkildə formalaşan büdcəni kənardan proqnozlaşdırmaq, 2020-ci ilin büdcənin gəlir və xərcləri, eləcə də, əsas maddələr üzrə xərcləmələrin səviyyəsinin necə olacağını proqnozlaşdırmaq mümkünsüzdür”, - deyə Ə.Məsimli əlavə edib.

Deputat xatırladıb ki, 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paket 4,2 milyon əhalini əhatə edir.

Ə.Məsimli sosial layihələrin 2020-ci ildə də davam edəcəyini bildirib.

“Onun maliyyə tutumunun xeyli hissəsi dövlət büdcəsinin üzərindədir. 2020-ci ildə 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paketin reallaşdırılmasına, artan əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin maliyyələşdirilməsinə cari ildəkindən daha çox büdcə vəsaiti ayrılacaq”.

Komitə üzvünün fikrincə, bu məntiqlə 2020-ci ildə büdcədən sosial proseslərin tənzimlənməsinə yönəldilən hissə artacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən, İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.

Son xəbərlər