Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nyu-Yorkda 11 sentyabr qurbanlarının xatirəsi anılıb

11.09.2019 20:33 4 634
Nyu-Yorkda 11 sentyabr qurbanlarının xatirəsi anılıb
ABŞ-ın Nyu-York şəhərində 2001-ci il sentyabrın 11-də terror hücumları nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin yerləşdiyi məkanda anım mərasimi keçirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət bayrağının təntənəli daşınmasının ardınca saat 08:46-da, yəni terrorçuların ələ keçirdikləri sərnişin təyyarəsini DTM-in şimal qülləsinə çırparaq terror hadisəsini törətmələrindən 18 il sonra matəm sükutu elan edilib.

Daha sonra ölənlərin qohumları mərhumların adlarını sadalamağa başlayıblar. Bütövlüklə Nyu-Yorkdakı DTM-ə, Vaşinqtonda Pentaqon binasına hücumlar nəticəsində ölənlərin, həmçinin Pensilvaniya ştatında terrorçuların ələ keçirdikləri və sonra qəzaya uğramış təyyarənin sərnişinlərinin (cəmi 2983 nəfər) adları sadalanıb. Onların adları həkk olunmuş xatirə abidəsinə güllər düzülüb.

Tədbirdə şəhərin sabiq meri Rudolf Culiani və onun indiki xələfi Bill de Blazio, başqa rəsmi şəxslər iştirak edirlər.

Tədbir bir çox televiziya tərəfindən birbaşa yayımlanır.

Son xəbərlər