Mojo.az Banner
15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |     13:16 Bakıda fərdi yaşayış evi yandı  |     23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |    
Left Banner
Right Banner

Putin 11 sentyabr hadisələrindən iki gün əvvəl ABŞ prezidentini xəbərdar edibmiş

05.09.2019 23:41 2 956
Putin 11 sentyabr hadisələrindən iki gün əvvəl ABŞ prezidentini xəbərdar edibmiş
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşu 11 sentyabr hadisələrindən iki gün əvvəl terror təhlükəsi ilə bağlı xəbərdar edibmiş.

REN TV xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Corc Bibi öz kitabında belə yazıb.

Kitabda deyilir ki, Putin həmkarı Buşa zəng edib, ona rus kəşfiyyatının yaxınlaşmaqda olan terror təhlükəsi ilə bağlı müəyyən əlamətləri aşkarladıqlarını bildiribmiş. Putin bu terror aksiyasının çoxdan hazırlandığını və "Əfqanıstandan gəldiyini" də söyləyibmiş.

Xatırladaq ki, "Əl-Qaidə" terror qruplaşmasının üzvləri 11 sentyabr 2001-ci ildə dörd sərnişin təyyarəsini ələ keçirərək, onları Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqonun binasına çırpmışdılar. Dördüncü təyyarə Pensilvaniyada qəzaya uğramışdı. Hadisələr nəticəsində 3 min nəfər həlak olmuşdu.скачать dle 11.3
Mojo.az Banner