Bakıda oğurluğa görə 10 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Bakıda oğurluğa görə 10 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində üç avtomobildən akkumulyator, bir evdən gümüş əşyalar və bir qadının cibindən mobil telefonunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Eyvazov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 29-da bir avtomobildən mobil telefon, müşahidə kamerası və maqnitofon kabeli oğurlayan Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş N.Dəmirov saxlanılıb.

Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da “Mercedes” markalı avtomobildən 500 manat və qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Nəcəfov saxlanılıb.

Suraxanı RPİ 33-cü polis bölməsi və Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın cibindən 202 manat pul oğurlayan Ağstafa rayon sakini E.Quliyev saxlanılıb.

Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evdən 250 manat pul oğurlayan Bakı şəhər sakini R.Kazımova saxlanılıb.

Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları tərəfindən ötən il fevralın 27-də uşaq bağçasından, kondisioner mühərriki oğurlayan Bakı şəhər sakini A.Xudadatov, bu il fevralın
17-də bir avtomobildən 100 manat oğurlayan İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.Nəsirli saxlanılıblar.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Bakı şəhər sakini A.Əmirovanın çantasından 300 manat pul oğurlayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyeva saxlanılıb.

Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən ötən il noyabrın 3-də bir avtomobildən 198 manat və sənəd oğurlayan Bakı şəhər sakini R.Ələkbərov saxlanılıb.

Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 21-də rayon ərazisindəki evdən 1000 metr elektrik naqili oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb. Araşdırma zamanı onun, yanvarın 20-dən fevralın 13-dək olan müddətdə daha 3 evdən pul, inşaat materialları, su mühərriki və kondinsioner oğurlaması məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 062 23.02.19 16:20