Bakıda oğurluq edən 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |     13:14 Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO  |     13:10 Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi  |     13:09 Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub  |     13:07 Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub  |     13:06 Bakıda 73 yaşlı kişi özünü asaraq intihar etdi  |     13:04 Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR - VİDEO  |    

Bakıda oğurluq edən 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evdən 700 manat oğurlayan Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evdən 150 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Adıgözəlov saxlanılıblar.

Bundan başqa, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 26-da rayon ərazisindəki şirkətdən 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd “DVD” aparatı oğurlayan Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində bu il yanvarın 4-dən fevralın 11-dək olan müddətdə yardımçı otaqların birindən
ərzaq məhsulları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyev saxlanılıb.

Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlayan Bakı şəhər sakini M.Cəfərovu, Abşeron rayon sakini İ.Əbilovu və Ağdam rayon sakini S.Cəfərovu saxlayıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 898 14.02.19 11:17