Bakıda ağır qəza törədən sürücü narkoman çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |    

Bakıda ağır qəza törədən sürücü narkoman çıxdı

Oktyabrın 1-də Bakıda qəza törədən avtobus sürücüsü hadisə zamanı qəbul etdiyi dərmanın təsiri altında olub.

Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev vaxtı ilə yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq məhkumluq həyatı yaşayıb:

“Bu ilin may ayında ona verilmiş islah işi başa çatıb. Yenidən həmin şirkətdə avtobus sürücüsü kimi 160 nömrəli marşrut xəttində işə başlayıb. Sürücünün sürücülük vəsiqəsi və adiyyəti sənədləri hələlik əldə edilməyib”.

Vaqif Əsədov qeyd edib ki, 160 nömrəli marşrut xəttinə dəfələrlə xəbərdarlıq edilib:

“Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərinin imzası ilə şirkətə tez-tez orada baş verən nöqsanların aradan qaldırılması ilə bağlı tez-tez məlumatlar verilib.

Həmin sürücü tibbi müayinədən keçərkən dərman qəbul etdiyini bildirib, hadisəni törədən zaman dərmanın təsiri altında olub. Onun narkotik vasitə qəbul etməsi ekspertizanın cavablarından sonra məlum olacaq. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 281 02.10.18 12:41