Klublarımızın Avropa Liqasındakı rəqibləri bu gün bilinəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |    

Klublarımızın Avropa Liqasındakı rəqibləri bu gün bilinəcək

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək.

Artıq qitənin ali futbol qurumu I təsnifat mərhələsindəki klubları qruplara bölüb.

Təmsilçilərimiz – “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.

Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ”nin beş potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dır (Slovakiya).

Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Rasinq Yunion”dan (Lüksemburq) biri rəqib olacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 191 20.06.18 13:50