Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı

“Ölkə üzrə Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi 1000-dən artıq din xadimi maaş alacaq”.

Median.Az
xəbər verir ki, bunu “Report”a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman ismayılov deyib.

Onun sözlərinə görə, din xadimlərinin maaşlarında fərq olacaq: “Bölgü imam, naibi-imam və mütəvəllilər (vəqfi idarə edən şəxs) arasında aparılacaq. Həmin din xadimlərinin işləri dəyərləndikdən sonra onlara müavinət veriləcək”.

Təkliflərin sənəd şəklində hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunduğunu deyən M.İsmayılov qeyd edib ki, din xadimlərinin maaşları kart vasitəsi ilə veriləcək: “Sənədlər iki həftəyə yaxındır ki, nazirliyə göndərilib. Güman edirəm ki, yaxın günlərdə yekun qərar məlum olacaq”.

Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din xadimlərinin işlərinə nəzarət ediləcək: “Təbii ki, işə gəlməyən din xadimlərinin maaşı kəsiləcək. Məqsəd məscidlərin nəzarətsiz qalmamasıdır”.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin keçən ilin oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            894 19.02.18 15:46