Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:27 ABŞ müharibə dövründə Ukraynaya 65,4 milyard dollar yardım ayırıb  |     21:56 Azərbaycanda vəzifəli şəxs külli miqdarda QIZILLA TUTULDU  |     21:21 Dünyada autizm halları niyə artır?  |     21:00 Həkim Yeni il günü spirtli içki qəbul etmə qaydalarından danışdı  |     20:50 Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır  |     20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |    

Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.

Bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıblar. Həmsədrlər liderlərin vacib görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır. Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq”.

Həmsədrlər, həmçinin, son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayaraq, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.

Həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini də təkrarən vurğulayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 255 09.03.19 19:13