ABŞ müharibə dövründə Ukraynaya 65,4 milyard dollar yardım ayırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |    

ABŞ müharibə dövründə Ukraynaya 65,4 milyard dollar yardım ayırıb

Prezident Cozef Baydenin hakimiyyəti dövründə ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi yardım ayırıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Bildirilib ki, bu məbləğin təxminən 65,4 milyard dolları Rusiya ilə Ukrayna arasındakı müharibə zamanı ayırılıb.

Məlumata görə, Baydenin prezidentliyi dövründə ABŞ başqa avadanlıqlarla yanaşı, "Patriot” hava hücumundan müdafiə sisteminin üç batareyasını və 12 NASAMS hava hücumundan müdafiə sistemini Kiyevə verib. Bundan əlavə, Ukraynaya 40-dan çox HIMARS MLRS, 200-dən çox 155 mm-lik haubitsa və 3 milyondan çox 155 mm-lik artilleriya mərmisi, 7 mindən çox yüksək dəqiqlikli 155 mm-lik mərmi göndərilib.

Pentaqonun tərtib etdiyi siyahıya həmçinin 300-dən çox "Bradley” piyada döyüş maşını, 31 "Abrams” tankı və 1,7 minə yaxın müxtəlif zirehli transportyor daxildir.

Qeyd edək ki, C.Bayden 2021-ci ildə hakimiyyətə gəlib.
 
///reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 30.12.24 22:27