Özbəkistan prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Kun.uz saytının məlumatına görə, bu məlumatı Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistan baş nazirinin müavini Yelor Qəniyevlə Daşkənddə görüşü zamanı verib.
“Biz Özbəkistan prezidentinin yaxın vaxtlarda Azərbaycana vacib səfərini gözləyirik. Prezident Mirziyoyevin səfəri zamanı ediləcək müzakirələr bizim üçün yaxşı baza olacaq”, - o əlavə edib.
Ş.Mustafayev Özbəkistan prezidentinin səfərinin dəqiq tarixini açıqlamayıb.
Xatırladaq ki, 2018-ci il aprelin 12-də Ş.Mirziyoyevlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı baş tutmuşdu. O zaman özbək lider Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət etmişdi.