Ruanda Respublikasının prezidenti Pol Kaqame noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.