Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Ağstafada avtomobil piyadanı vuraraq öldürüb  |     22:11 Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq  |     21:45 "Sabah" "Kəpəz"lə heç-heçə edib  |     21:25 Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib  |     21:07 Bakıda sexdə yanğın - avtomobillər yandı  |     20:43 47 yaşlı müəllim qəfil vəfat etdi  |     20:35 Sirkə turşusu can aldı  |     20:29 “Qremmi”də nominasiyaların sayına görə liderdir  |     20:22 Mədəsindən 65 yad cisim tapılan uşaq öldü  |     20:17 “Evdə tək”in ulduzu bir neçə ildən sonra filmə çəkiləcək  |     20:10 Gecə Bakının girişində “Hyundai” aşdı - Video  |     20:04 Stres, yoxsa narahatlıq?  |     19:59 İran 2 milyon əfqan qaçqını ölkədən çıxaracaq  |     19:50 Ən uzun uçuş nə qədərdir və təyyarədə nələr var?  |     19:44 Yağıntılı hava şəraiti nə qədər davam edəcək?  |     19:37 İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi  |     19:31 Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO  |     19:24 Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)  |     19:15 Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb  |     19:09 COP konfransları dünyaya nə verir?  |    

Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək

Bakıda noyabrın 17-də COP konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan 15-ci Dünya İqlim Sammiti keçiriləcək.

Bu forum enerji, nəqliyyat, tikinti, sənaye, maliyyə və təbiət sahələrində dekarbonizasiya səyləri üçün həlledici əhəmiyyət kəsb edən vacib sektorlarda ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır.

Hazırkı sammit 2030-cu ilə qədər enerji keçidi hədəflərinə nail olmaq, eləcə də 2050-ci ilə qədər sıfır emissiyalı və ətraf mühitə müsbət təsirli dünya yaratmaq üçün lazım olan siyasət, innovasiyalar və investisiyaların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib.

İrəliləyişi sürətləndirmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən maliyyə öhdəliklərini artırmaq çox vacibdir.

Sammitin 90-dan çox ölkədən 2000-dən çox iştirakçını, o cümlədən dövlət başçılarını, ən böyük şirkətlərin rəhbərlərini, ekspertləri və fəalları həm şəxsən, həm də onlayn formatda bir araya gətirəcəyi gözlənilir.

Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 29.10.24 18:37