Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |    

Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlara cavab verib.

Report xəbər verir ki, bu barədə o, “POLITICO”ya açıqlamasında danışıb.

“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”, - H.Hacıyev deyib.
O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarına məsləhət də görüb: “Başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar. Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 23.10.24 20:20