Alen Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Alen Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir"

"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".

Median.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxış edib.

Müzakirə Ermənistan parlamentinin bugünkü iclasında baş tutub.

Belə ki, Alen Simonyan bir neçə gün əvvəl mətbuata verdiyi müsahibədə bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsini əsas götürərək həyata keçirib.

Bu açıqlamaya etiraz olaraq Ermənistan parlamentinin iclasında müxalif deputat Geqam Manukyan Alen Simonyana irad tutub. O, spikerə - "siz bu tezisi haradan almısınız ki, Azərbaycanın Qarabağa hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi?" - sualını ünvanlayıb.

Alen Simonyan isə cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, tezislər uydurmaq olar: "Lakin fakt faktlığında qalır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 22.10.24 16:45