Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:15 "Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb  |     22:10 Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib  |     22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |     20:52 Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:47 Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib  |     20:30 Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb  |     20:18 Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb  |     19:41 Azərbaycanda zəlzələ oldu  |     19:23 Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb  |     19:08 KİV: İsrail İranın hücumuna tezliklə cavab verəcək  |     19:06 Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ  |    

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bakıda Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya Federativ Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Konrad Arz von Strausenburg rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən energetika və nəqliyyat, habelə humanitar, xüsusilə təhsil və səhiyyə sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də müqavilə-hüquq bazanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirələrdə diqqət mərkəzində olub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 26.09.24 11:54