Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:52 Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb - VİDEO  |     13:50 Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi - FOTO  |     13:41 Paytaxtda qapaqları oğurlanan işıq dirəkləri təhlükə saçır - VİDEO  |     13:39 Pedaqoji Universitetə YENİ TƏYİNAT  |     13:39 Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? - Onkoloq cavab verir  |     13:38 Təsadüfi seçimlər, artan şiddət və problemlər: Ölkəmizdə dayə xidməti necədir? - VİDEO  |     13:27 Lənkəranda 31 yaşlı usta faciəli şəkildə öldü  |     13:16 Hansı universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək? (SİYAHI)  |     12:51 Qış yaxınlaşdıqca artan təhlükə: Suqızdırıcılardan qorunmanın yolları - VİDEO  |     12:40 Ermənilər İranla sərhəddən narkotik keçirməyə cəhd etdilər  |     12:25 Sürücülər təmir olunan yolda cərimə ediliblər - ŞİKAYƏT (VİDEO)  |     12:22 Leyla Əliyeva qocalar evini ziyarət edib - FOTO  |     12:14 Vətən müharibəsi iştirakçısı faciəli şəkildə öldü  |     12:07 Ağızlıqsız it gəzdirənləri hansı cəza gözləyir?  |     12:01 Qubada kişi atasının evinə gedib canına qəsd etdi  |     11:55 Yasamalda avtomobil işıqfora çırpıldı  |     11:39 Yer kürəsində güclü maqnit qasırğası başladı  |     22:57 Rusiyalı triatlonçu yarış zamanı dünyasını dəyişib  |     22:46 Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər  |     22:29 Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb  |    

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) "Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolununun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın 2029-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib.

Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb.

QH tərəfindən həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb.

Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə, və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub.

Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq bildirilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 23.09.24 22:49