Ölkəyə idxal olunan düyünün qiyməti artıb.
Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 39 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Yəni düyünün 1 tonu 104 dollara ölkəyə gətirilib. Ötən ilin eyni dövründə isə 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü idxal edilib. Həmin vaxt isə 1 ton düyünün idxalı 89 dollara başa gəlib.
Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspret Xalid Kərimli deyir ki, idxaldakı bu qiymət artımına səbəb istehsal ölkəsindəki təbii hadisələrdir.
Xalid Kərimli bildirir ki, Azərbaycan düyü tələbatını idxal hesabına ödədiyi üçün bahalaşma qaçılmazdır.
Bazarlarda isə yerli uzun düyünün kiloqramı 5 manat 15 qəpiyə, idxal edilən uzun düyü isə 4 manat 05 qəpiyə satılır. Yerli yumru düyünün kiloqramı 2 manat 80 qəpiyə, idxal olunan yumru düyü isə 2 manat 70 qəpiyə alıcılara təklif edilir. Son aylarda qiymətlərdə 5-10 qəpik artım olduğu vurğulanıb.