Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib  |     22:43 Rusiyada şagirdlər helikopteri yandırdılar  |     22:33 Şəmkirdə gənc qadın bıçaqlandı  |     22:18 Tələbələr və jurnalistlər üçün qatarlarda gediş haqqı pulsuz olacaq? - Rəsmi AÇIQLAMA  |     22:01 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:34 Dəmir yolunda gecikmələrin əsas səbəbi açıqlanıb  |     21:28 Ermənistan və Almaniya XİN-ləri Azərbaycanla sülh müqaviləsi prosesini müzakirə ediblər  |     21:25 ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır  |     21:04 İranda neft zavodunda partlayış və yanğın olub  |     20:58 Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib  |     20:51 Elm və Təhsil Nazirliyinin işçilərinin sayı artırılıb  |     20:33 Ötən həftə 242 mina, 491 partlamamış hərbi sursat zərərsizləşdirilib  |     20:27 Fransanın Martinik xalqına zor tətbiqi Yelisey sarayının müstəmləkə siyasətinin tərkib hissəsidir – RƏY  |     20:21 Növbəti 4 gündə bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  |     20:17 Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb  |     20:10 KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır  |     20:03 Türkiyəli nazir: Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət edir  |     19:50 "Gəncə" yeni transferini reallaşdırıb  |     19:43 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     19:39 UEFA "Qarabağ"ı 28500 avro cərimələyib  |    

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sentyabrın 24-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 23.09.24 19:43