ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 DİN-də yeni təyinat  |     22:22 Bu şəhərlər 2050-ci ilə qədər su altında qalacaq  |     22:10 Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur  |     21:57 Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO  |     21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |    

ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır

ABŞ hakimiyyəti Gürcüstanın hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Median.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiostansiyası məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri hesab edirlər ki, İvanişvilinin addımları Rusiya şirkətlərinin Gürcüstan bazarına çıxışını asanlaşdırıb, eləcə də Tbilisinin Aİ və NATO-ya daxil olmaq kursuna mane olub. Sanksiyalar tətbiq olunarsa, siyasətçinin ABŞ-dəki aktivləri (əgər varsa) dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə isə onunla iş aparmaq qadağan ediləcək. Bundan başqa, İvanişvilinin ABŞ-yə girişi qadağan oluna bilər.

Hakim partiyanın təsisçisinə qarşı sanksiyaların tətbiq olunacağı vaxt açıqlanmır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 23.09.24 21:25