Mojo.az Banner
16:31 Quldurluq edənlərə hökm oxundu  |     16:08 Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi  |     15:43 Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb  |     15:25 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA (Yenilənib)  |     15:05 Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı  |     14:55 Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı  |     14:49 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ  |     13:37 Valideynlər uşaqları sosial mediada istismar edir - Komitədən AÇIQLAMA  |     13:23 Müdiriniz sizə məcbur ərizə yazdırıb işdən çıxarırsa — hüquqlarınızı bilin  |     12:52 Bakı metrosunda mühüm YENİLİK: Sərnişinlər boş vaqonları öncədən görə biləcəklər  |     12:33 Prezident Administrasiyasının məsul işçisinin kürəkəni yenidən hakim qarşısına çıxarılacaq  |     12:09 Azərbaycan nefti bahalaşıb  |     12:08 Balakəndə narkotik plantasiyası aşkarlanıb - Video  |     12:06 Gəzinti hər xəstəlik üçün faydalı deyilmiş - Yeni tədqiqat  |     12:03 Dünyaca məşhur cizgi filmi kino versiyası ilə gəlir  |     11:59 Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - Video  |     11:55 Gəzintidən qayıdan ata-bala qəzaya düşdülər  |     11:46 Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında  |     11:45 İngiltərədə azərbaycanlı hamilə qadın vəfat etdi  |     11:39 Lökbatandakı yanğın nəzarətə götürülüb, 2 helikopter cəlb olunub - Video (Yenilənib)  |    
Left Banner
Right Banner

Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub

12.09.2024 16:11 1 533
Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub
"III MDB Oyunları həm coğrafiyasına, həm də idman növlərinin sayına görə Azərbaycanda keçiriləcək ən böyük yarış olmağı vəd edir".

Median.Az
MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Nazir müavini işçi qrupunun üzvlərinə təşkilatçıların qərarı ilə əsas məkanın Gəncə şəhəri olacağı, yarışların isə ölkənin 15 şəhərində keçiriləcəyi Oyunlara hazırlıq barədə məlumat verib.

Belarusun paytaxtı Minskdə III MDB Oyunlarına hazırlıqla bağlı keçirilən iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

MDB İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin direktoru Aleksey Sazonovun sözlərinə görə, Azərbaycan tərəfi bu idman tədbirinə hazırlıqla bağlı xeyli iş görüb.

İclasın sonunda müzakirə olunan məsələlər və daxil olan təkliflər nəzərə alınmaqla Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların proqramının işlənib tamamlanması ilə bağlı qərar qəbul edilib. Gələcəkdə proqram baxılmaq üçün MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına təqdim olunacaq.скачать dle 11.3
Mojo.az Banner