Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsi sentyabrın 2-də dərc olunacaq.
Bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.
Məlumatda o da qeyd edilir ki, daha sonra əsasnamə Ermənistanın Konstitusiya Məhkəməsinə, orada müsbət qərar qəbul olunarsa, ratifikasiya olunmaq üçün parlamentə göndəriləcək.
Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə bu gün, avqustun 30-da imzalanıb.