Aİ Bakını COP29 ərəfəsində İrəvanla sülh sazişi imzalamağa çağırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Aİ Bakını COP29 ərəfəsində İrəvanla sülh sazişi imzalamağa çağırır

Avropa İttifaqı (Aİ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır.

Bu barədə Brüsselin "EUobserver" portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.

"Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtıdır. Azərbaycan, COP29-un verəcəyi impulsdan istifadə edərək, Ermənistanla sülh sazişi imzalamalıdır", - nəşr AK nümayəndəsinin sözlərini sitat gətirir.

Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən verdiyi məlumata görə, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına ciddi maneələr mövcuddur. Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb.

XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti olduğunu vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 20.08.24 11:41